Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sentyabrın 14-də Bakının Sabunçu rayonu ərazisində baş vermiş ağır qəza barədə məlumat yayıb. Bildirilib ki, həmin gün saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurmuşdur. Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüblər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.