Modern.az

Cəbhə bölgəsində Bilik Günü qeyd olundu

Cəbhə bölgəsində Bilik Günü qeyd olundu

Aktual

15 Sentyabr 2016, 12:21

15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunub. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr - bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olmuş, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb.

Alı Alıyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması- bilik günü münasibəti ilə təbrik edibr.

“Minilliklərin süzgəcindən keçərək yaddaşlarda yaşamaqda olan məlum bir həqiqət var ki, bu insanları səadətə, xoşbəxtliyə aparan bütün yolların məktəbdən başlanmasıdır. Hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri vardır. Füzulililər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri vardır”,-icra başçısı bildirib.  

 Alı Alıyev qeyd edib ki, dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir ki, rayonun şagirləri ildən-ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər.
“Ötən tədris ilində rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd vermişdir. Məzunlardan 316-si respublikanın müxtəlif ali məktəblərinə, 130-u isə orta ixtisas məktəblərinə qəbul olunublar. Tələbə adını qazanan gənclərdən 29 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplayıb”-deyə Alı Alıyev vurğulayıb.

Alı Alıyev məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyyə edib.

Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı