Modern.az

Oxşar taleli insanlar

Oxşar taleli insanlar

Aktual

15 Sentyabr 2016, 13:54

Vüqar Tofiqli

Heç də hər zaman kinoya baxa bilmirəm. Bu bəlkə  də kinoya baxandan sonra  fikrimi  filmdə baş verən hadisələrə yönəltmək istəmədiyimdəndir.

Ancaq bu günlərdə baxdığım filmin süjeti məni çox uzaqlara aparası oldu.

Rusiya istehsalı olan kinoda baş verən hadisələr eynən həyatımdakı kimi idi. Sanki rejissor ssenarını həyatım üzərində  quraraq çəkmişdi.

Təsirləndiyimdən sonluğa  da  baxa bilməmişdim.

Bir neçə gün demək olar ki, xəyalımda filmdəki hadisələri yaşadım...

Oxşar taleli insanlar həyatda çoxdur.  Sonuncu kitabımda olduğu kimi. Hətta kitabın korrektoru olan Səxavət İbişovun da ürəyi dözməyib bəzi hadisələrin elə bil onun rayonunda baş verdiyini dilə gətirmişdi...

***

Hər kəs həyatda öz həyatını yaşayır. Və kiməsə pislik etməklə, açığı, hec kim heç nə qazanmır. Və heç qazana da bilməz. 

***

Zamanı geri qaytara bilməsəkdə, yunan filosofu Demokrit demişkən, çayın eyni yerindən eyni vaxtda keçməyimiz heç vaxt alınmasa da, oxşar talelər və oxşar insanlar həyatda çoxdur. Birinin görkəmi, birinin xasiyyəti,  başqa birisinin həyatı,  digərinin danışığı üst-üstə düşür.

Ancaq hər hansı bir hekayəni oxuyub özünü orda görürsənsə və ya kiminsə taleyində oxşarlıq görürsənsə, bu sadəcə təsadüfdən başqa bir şey deyil.

Maraqlısı ondadır ki, yaxşı olsa nədənsə dilimzə gətirməyi unudur, danışmır, üstün vurmuruq, ancaq hansı mənfi bir xarakterdə oxşarlıq varsa ona reaksiya verir və böyüdürük.

***

Həyat mürəkkəbdir.

***

Bəzən çox maraqlı məqamlarla rastlaşırıq həyatda.

Oxşar talelər, oxşar insanlar. Fərqli  şəkildə həyata qədəm qoysalarda bəzən üst-üstə düşən anlar çox olur.

Məsələ ondadır ki, bəzən diqqəti qələmə yönəltmək istədiyin halda hansısa böyrü çıxmaz hadisə səni yazmağa qoymur.

***

Bəlkə bunda da bir oxşarlıq var. Ancaq bəzən bu oxşarlıq yazarın  heç də xeyrinə olmur...

P.S. İndi yadıma düşür ki Səxavət İbişovun qonorarını bu günədək verməmişəm... 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı