Modern.az

Azərbaycanlı deputatları Rusiyada seçkiləri müşahidə edəcəklər

Azərbaycanlı deputatları Rusiyada seçkiləri müşahidə edəcəklər

Aktual

15 Sentyabr 2016, 15:35

 Milli Məclisin (MM) deputatları sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkiləri müşahidə etmək üçün sabahdan bu ölkənin bir sıra şəhərlərində səfərdə olacaqlar.

Bu barədə Modern.az-a MM-dən  məlumat verilib.

Məlumata görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, deputatlar Rüfət Quliyev və Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.

Azərbaycanlı deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər.

Səfər sentyabrın 20-də başa çatacaq.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı