Modern.az

Sahib Kərimli Milli Şuradan çıxarıldı

Sahib Kərimli Milli Şuradan çıxarıldı

Aktual

15 Sentyabr 2016, 16:59

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan xaric edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə qərar Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında qəbul olunub.

Onun Milli Şuradan çıxarılmasına səbəb keçirilən mitinqlərin əleyhinə təbliğat aparması olub.

 

Xatırladaq ki, S.Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.

 

S.Kərimli AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub, qurultayda partiya sədrliyinə namizədliyini irəli sürüb.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!