Modern.az

Deputatdan Minsk qrupunun həmsədrlərinə İTTİHAM

Deputatdan Minsk qrupunun həmsədrlərinə İTTİHAM

Aktual

15 Sentyabr 2016, 17:34

 

“ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçı Ermənistan ilə həmrəydir. Ən böyük pisliklər bunlardan başlayıb. Həmsədr dövlətlər Azərbaycana yalandan deyirlər ki, biz sizin ərazi bütövlüyünüzü tanıyırıq”. 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Şuşa bu gün düşmən işğalı altındadır və orada ermənilər yaşayır. Torpaqlarımız düşmən tərəfindən işğal olunduğu üçün Azərbaycanın orada nəzarəti yoxdur.

“Düşmən orada nə istəsə onu da edir. İşğal altındakı ərazilərimizdə festival da, bayram da keçirir. Həmçinin tarixi abidələrimizi də dağıdır. Bütün mənəvi və təbii sərvətlərimizi 24-25 ildir ki, talayır. Bunun qarsısını kim alır ki? Azərbaycandan başqa kimisə maraqlandırır bu? Təbii ki yox. Qeyri-qanuni məskunlaşma aparırlar. O cümlədən Livandan, Suriyadan, İraqdan erməniləri köçürdüb gətirib həmin ərazilərimizdə məskunlaşdırırlar.

 

Azərbaycan dəfələrlə buna qarşı etirazını bildirib. Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. O, beynəlxalq təşkilatlar bunlara qarşı sanksiya və ya cəza tətbiq edib? Təbii ki, yox. Azərbaycan bəyanatlar verir, etirazın bildirir ki, bu qeyri-qanunidir. Ora gələnlərə qarşı qara siyahı düzəltmişik ki, həmin ərazilərə Azərbaycan tərəfinin icazəsi olmadan getmək qəti qadağandır. Ancaq qarşısını ala bilirikmi?

Biz bunun qarsısını nə vaxt və necə ala bilərik? Bu sualın bir cavabı var. Biz Azərbaycan tərəfi olaraq torpaqlarımızı azad etməliyik. Torpaqlarımız üzərində nəzarətimiz bərpa olunmalıdır. Bundan sonra kim bizim ərazimizə gələcək, gedəcək, nə tədbirlər keçiriləcək - bunu biz müəyyən edəcəyik. Ona görə də bu gün hələ ki biz işğal zonasında nəzarət sahibi deyilik və düşmənlərimiz də nə istəyirsə edir”

 

Elman Məmmədov söyləyib ki, ermənilər Azərbaycanın yeməklərini də, musiqi əsərlərini də özününküləşdirməyə çalışır.

 

“Azərbaycan yenə həmin ərazilərə gələnlər haqqında beynəlxalq təşkilatlara müraciət edəcək. Çünki onlar bizim sərhədlərimizi pozur, ərazilərimizə gəlirlər. Ancaq biz etiraz etməknən biz müraciət etdiyimiz qurumlar, orada iştirak edən dövlətlərin rəsmiləri vətəndaşları haqqında hər hansı bir tədbir görmür”.

Xatırladaq ki, ermənilər bu gündən Şuşada “ArtsaxEtnoFest” adlı beynəlxalq festival keçirməyə başlayıb. Festival sentyabrın 17-dək davam edəcək.

 

Festival çərçivəsində məşhur İsa bulağı yaxınlığındakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində  müxtəlif ölkə mətbəxlərinə aid xörək və şirniyyatlar nümayiş etdiriləcək.

 

Tədbirdə Ermənistanla yanaşı, Fransa, Rumıniya, Cənubi Koreya, Moldova, Gürcüstan və Suriyadan da kulinarlar iştirak edəcək.

Festivalın xarici qonaqları üçün ustad dərsi və müsabiqə təşkil olunacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı