Modern.az

Akif Nağı İranın Qarabağ siyasətini DƏSTƏKLƏDİ

Akif Nağı İranın Qarabağ siyasətini DƏSTƏKLƏDİ

Aktual

15 Sentyabr 2016, 17:43

Qarabağ Azadlıq Təşkilatının (QAT)sədri Akif Nağı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb. QAT sədri Modern.az-a açıqlamasında görüşün detalları barədə danışıb.

 

“İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin səfir vəzifəsini başa vurub Azərbaycanı tərk edir. Yola salınmaqda olan səfirlə görüşümüz zamanı həm Qarabağ məsələsi, həm də Azərbaycan-İran QHT və vətəndaş cəmiyyətləri arasında olan əlaqələrlə bağlı təmaslarımız olub. Bizim bir təşəbbüsümüz də olub. Belə ki,  ötən ilin dekabrında işğala, terrora, əsassız iddialara qarşı Beynəlxalq Forum yaratmışıq.

 

Həmin forumla bağlı da görüşlərimiz olub. İranla xoş münasibətlərimiz var. İstəyirik ki, Azərbaycanla İran arasındakı münasibətlər xoş olsun. Qarabağ məsələsi ilə bağlı İranın da dəstəyini qazanaq”.

Akif Nağı İranın Ermənistanla isti münasibətləri barədə səslənən fikirləri əsassız adlandırıb.

 

“Həm də bir tarixçi kimi Qarabağ müharibəsinin tədqiqatçısıyam. 1988-ci ildən bəri Qarabağ ətrafında baş verən hadisələri, ayrı-ayrı dövlətlərin mövqeyini diqqətlə izləyirəm. Hesab edirəm ki, İranın Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində kimlərsə  bilərəkdən ya da bilməyərəkdən yanlış təsəvvür yaradır. Hətta, buna əminəm. Faktlarım da var. Hesab edirəm ki, İranın da, Türkiyənin də Qarabağ məsələsi ilə bağlı daha obyektiv mövqe tutması həlledici rol oynaya bilər. Ona görə də İranı özümüzdən incitməməliyik. Mövqeyim budur”.

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı