Azərbycan Respublikası Prezidenti yanında Bilik Fondunun il boyu keçirdiyi layihəyə əsasən Bakı Dövlət Universitetinin dosenti Sevinc Aliyeva Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə mühazirə oxuyub. Modern.az saytı xəbər verir ki, "Heydər Əliyev və Azərbaycançılıq" mövzusunda mühazirəni məktəbin 150 nəfərdən artıq müəllim və şagird kollektivi dinləyib. Diskusiya şəraitində keçən tədbirdə məktəbin ingilis dili müəlliməsi Almaz xanım Paşayeva Vətənini necə ürəkdən sevdiyini və bu məhəbbəti uzun müddətdir ki, şagirdlərinə aşıladığını vurğuladı. 10-cu sinif şagirdi İlqar Məmmədov, 9-cu sinif şagirdi Elşən İsmayilov söhbətə qoşularaq "Vətən hardan başlayır?" sualına "hər birimizin dünyaya göz açdığımız ailədən",- deyərək cavab verdilər. 1 saylı Kürdəmir şəhər orta məktəbin direktoru Vüqar Nəsirov, direktor müavinləri Rafail Məmmədov və İlhamə Balayevanın yüksək təşkilatçılığı ilə keçirilən tədbir xoş əhval-rühiyədə başa çatdı
Modern.az