Bakıda avtomobil yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az