Modern.az

Barmağından üzük çıxmadı, FHN köməyə gəldi

Barmağından üzük çıxmadı, FHN köməyə gəldi

Aktual

16 Sentyabr 2016, 09:55

 

Gecə Sumqayıtda maraqlı olay baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 04:24-də başa çatıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı