Modern.az

MDB-nin yaranmasından 25 il keçdi

MDB-nin yaranmasından 25 il keçdi

Aktual

16 Sentyabr 2016, 13:01

Bu gün Bişkekdə MDB-nin yubiley sammiti keçiriləcək. Modern.az xarici mediaya xəbər verir ki, toplantıya birlik üzvü olan 11 dövlətin hamısının rəhbəri qatılmayacaq.

 

Qırğızıstan paytaxtındakı sammit yubiley xarakterlidir – bu il MDB-nin yaranmasının 25 illiyi qeyd ediləcək.

 

Sammit iştirakçılarının vəzifələrindən biri struktur islahatını, fəaliyyətin effektivliyi müzakirə etməkdir.

 

Moldovanı sammitdə baş nazir Pavel Filip, Türkmənistanı baş nazir Satlık Satlıkov, Özbəkistanı ötən həftə prezident səlahiyyətlərinin icrasına başlayan Şavkat Mirziyaevin əvəzinə xarici işlər naziri Abdulaziz Kamilov, Ukraynanı səfir təmsil edəcək.

 

Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün artıq Bişkekə gedib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı