Ankaranın Haymana yolunun 9-cu kilometrliyində yerləşən atçılıq təsərrüfatında terrorçularla polis üz-üzə gəlib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisin "təslim ol" çağırışına cavab olaraq maşındakı bomba partladılıb. Bu zaman terrorçu ölü olaraq ələ keçirilib. Bölgəyə çoxlu sayda təcili yardım və təhlükəsizlik işçiləri cəlb edilib.
Ankara valisinin sözlərinə görə, axtarış zamanı 200 kiloqram ammonium nitrat və partlayıcı maddə tapılıb. İlkin ehtimala görə, terrorçular terror aktı törətmək fikrində olublar.
Terrorçuların PKK ilə əlaqədə olma ehtimalları da yüksəkdir. Onlar arasında qadın da olub. Bir kişinin kimliyi müəyyənləşdirilib, qadının kimliyi isə hələ məlum deyil.
Namidə BİNGÖL