ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi Donald Trampın həyat yoldaşı Melaniya əri ilə birgə televiziya kameraları qarşısına çıxmaqdan imtina edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb milyarderin söylədikləri ilə bağlı qalmaqalın tezliklə səngiməsi olub.
Bundan əvvəl Donald Trampın arvadə ərinin qadınlara qarşı fikirlərinin təhqiredici olduğunu deyib. O, seçicilərin onun üzrxahlığını qəbul edəcəklərinə ümidli idi.
“Melaniya kameralar qarşısında görünməsinə maraqlı olmadığını bildirib”, - xəbərdə vurğulanır.
Bir neçə gün öncə Trampın 2005-ci ildə qadınlar haqda söylədikləri xoşagəlməz fikirlər ciddi reaksiyaya səbəb olub. Milyarder sözlərinə görəüzr istəsə də, partiya yoldaşları onu bu fikirlərə görə qınayıblar.
ABŞ prezidenti Barak Obama da buna görə Trampı tənqid edib.
Modern.az