Modern.az

Bakıda bina yandı

Bakıda bina yandı

Aktual

3 Noyabr 2016, 09:40

Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli binada yanğın baş verib.

 

Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə, və digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.

 

Hər 2 mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı