Modern.az

İŞİD türk ordusuna hücum etdi: 5 əsgər şəhid oldu

İŞİD türk ordusuna hücum etdi: 5 əsgər şəhid oldu

Aktual

20 Yanvar 2017, 18:15

Suriyanın şimalındakı Əl-Babın Suflaniyah bölgəsində İŞİD terrorçularının bomba yüklü avtomobili partlatması nəticəsində Türkiyənin 5 əsgəri şəhid olub, 9-u isə yaralanıb.

 Modern.az saytı xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib və onların dərhal müalicəsinə başlanılıb.

Qeyd edək ki, ötən ilin avqustun 24-dən etibarən Türkiyə ordusu Suriyada terrorçulara qarşı “Fərat Qalxanı” adlı əməliyyat həyata keçirir. 

 

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var