Modern.az

Kölndə 20 Yanvar şəhidləri anılıb- FOTO

Kölndə 20 Yanvar şəhidləri anılıb- FOTO

Aktual

20 Yanvar 2017, 21:11

Yanvarın 20-də  Alman-Azərbaycan Mədəniyyət Evi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Kölndə anım tədbiri həyata keçirib.

Modern.az xəbər verir ki, Köln Əhli-Beyt məscidində baş tutan tədbirdə azadlıq yolunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, 20 yanvarda xalqın göstərdiyi şücaətlər barədə maraqlı və ibrətamiz çıxışlar edilib.

Faciə gecəsini canlı yaşayan soydaşlarımızın çıxışları xüsusilə Almaniyada böyüyən gənclər üçün qürur dolu anlar yaşadıb. Anlamlı keçən tədbir sonunda şəhidlərin ruhuna ehsan verilib.


Vətən uğrunda canından keçən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşıında baş əyir, qazi olanlara Allahdan uzun ömürlər diləyirik!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı