Modern.az

“Xocalı soyqırımına aid cinayət işinin bəzi maddi sübutları yoxa çıxıb”

“Xocalı soyqırımına aid cinayət işinin bəzi maddi sübutları yoxa çıxıb”

Aktual

22 Fevral 2017, 12:33

 “Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə fevralın 26-da “Ana fəryadı” abidəsi önünə yürüş ediləcək. Bununla bağlı tapşırıqlar verilib. Bütün dövlət müəssisələri bu yürüşdə iştirak edəcək”.

 

Modern.az xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfransda deyib.

 

Xanlar Vəliyev qeyd edib ki, Xocalı soyqırımına görə başlanılmış cinayət işi dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb.

“Əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb. 2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”.

 Hərbi prokuror bildirib  ki, ölkə ərazisinin işğalı nəticəsində milyardlarla ziyan dəyib.

 “Ekspertərlə qiymətləndirmə işləri aparırıq. Biz o zaman torpaqlarımızı alacağıq ki, yalnız torpaq haqqında düşünəcəyik. Azərbaycanda 26 fevral Xocalı soyqırımı, 31 mart qırğını keçdikdən sonra hamı unudur. Bunu yalnız təqvimlə xatırlamaq doğru deyil. Torpaqlarımızı azad etmək üçün nəyə gücümüz çatır, etməliyik, təbliğat aparılmalıdır. Bir məsələ var, haqq güc olsa da, güclü olar. Biz də torpaqlarımızı azad edəcəyik.Bu gün Azərbaycanın yetərincə gücü var. Bəzi xarici ölkələr imkan versə, torpaqlarımızı azad edə bilərik. Bu problemi bizdən sonrakı nəslin boynuna qoymaq haqqımız yoxdur”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı