Modern.az

Xocalı şəhidləri Tacikistanda anıldı

Xocalı şəhidləri Tacikistanda anıldı

Aktual

22 Fevral 2017, 15:15

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, Tacikistandakı səfirimiz Abbasəli Həsənov Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı barədə geniş məlumat verərək, Xocalı soyqırımının dünyada baş verən digər soyqırımlarla bir sırada dayandığını, Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf seçilməsinin də daşnakların düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Xocalının tarixi bir bölgədə yerləşərək Qarabağın tarixi xüsusiyyətlərini özündə əks etdirdiyi, bölgənin yeganə aeroportunun da bu şəhərdə olduğunu deyən səfir, 1988-ci ildən başlamış Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciləi, tarixdə analoqu çox az olan hadisələrdən birinin məhz Qarabağın ən qədim məskənlərindən olan Xocalıda baş verdiyi vurğulayıb. O, faciənin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə dayandığını bildirib.

Səfir A.Həsənov 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 mindən çox əhalinin yaşadığını, məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin də məskunlaşdığı barədə məlumat verib. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə soyqırımı həyata keçirdiyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir A.Həsənov eyni zamanda , Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi fərman verərək, Azərbaycan Respublikasının Milli Məclisininin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kim elan  etdiyini xatırladəb.

 “Sadoi Duşanbe” radiosu, “Mir” və “Cahonnome” telekompaniyası, “Xalq ovazi”, “Faraj” qəzetləri, “Firuza” jurnalı - kimi aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri və jurnalistlərin iştirak etdiyi mətbuat konfransında suallar cavablandırılın, Xocalı faciəsinə həsr edilmiş kitab, jurnal və CD-lər onlara təqdim olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı