Modern.az

Bir ayda Gürcüstandan 9,34 milyon dollarlıq idxal

Bir ayda Gürcüstandan 9,34 milyon dollarlıq idxal

Aktual

22 Fevral 2017, 22:05

Bu ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb. Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatına əsasən məlumat yayıb.

Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1 faizə bərabər olub.

 

Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub.

 

Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...