Modern.az

Azərbaycanda 25 yeni mehmanxana tikilir

Azərbaycanda 25 yeni mehmanxana tikilir

Aktual

8 Mart 2017, 17:25

2016-cı ildə Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

 

Hesabatda qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin sayı 544, mehmanxanaların sayı 536, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı isə 38 min olub.

 

Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı ötən il 49 min nəfərə çatıb.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı