Modern.az

Ali Məhkəmə keçmiş "OMON"çulara "YOX" dedi

Ali Məhkəmə keçmiş "OMON"çulara "YOX" dedi

Aktual

14 Mart 2017, 11:40

Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib. Şikayətdə onların ömürlük cəzalarının 20 illik cəza ilə əvəz olunması istənilmişdi.

 

Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib.

 

Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

 

Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib.

 

Həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilmədiyindən onlar kassasiya şikayəti veriblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...