Modern.az

Vergilər Nazirliyi vergiləri necə yığır...

Vergilər Nazirliyi vergiləri necə yığır...

Aktual

15 Mart 2017, 16:55

Vergilər Nazirliyi 2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə daxilən olan vəsaitin məbləğini açıqlayıb.

 

Qurumun Media və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu müddətdə dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib. Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub.

Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...