Modern.az

Bakıda zibil yandıran şəxs xəsarət alıb öldü

Bakıda zibil yandıran şəxs xəsarət alıb öldü

Aktual

16 Mart 2017, 13:39

Martın 15-də saat 9 radələrində Xətai rayonunun Babək prospektindəki tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində Tovuz rayon sakini Muradxan Qarayev məişət tullantılarını yandırarkən yanıq xəsarəti alıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən M.Qarayev orada ölüb.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu