Modern.az

Salyanda 5 otaqlı ev yanıb

Salyanda 5 otaqlı ev yanıb

Aktual

22 Mart 2017, 21:43

Salyan rayonunda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 169 kvadrat metr olan birmərtəbəli 5 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 21 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı