Modern.az

Polis 17 yaşlı yeniyetməni güllələdi

Polis 17 yaşlı yeniyetməni güllələdi

Aktual

1 Aprel 2017, 23:06

Qüds şəhərində üç nəfərə hücum edən 17 yaşlı fələstinli güllələnib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, şübhəli şəxs əvvəlcə küçədə iki dinc sakinə hücum edib.

Bundan sonra gənc oğlan polisdən qaçmağa çalışıb, lakin gizlənə bilmədiyini gördükdə isə bir polis zabitinə bıçaqla xəsarət yetirib. Nəticədə polisin həmkarı onu güllələyib.

Yaralı polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 18 və 23 yaşlarında olan daha iki dinc sakin isə yüngül xəsarət alıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!