Modern.az

KXCP sədri Milli Şuranın mitinq keçirəcəyindən XƏBƏRSİZDİR  

KXCP sədri Milli Şuranın mitinq keçirəcəyindən XƏBƏRSİZDİR   

Aktual

3 Aprel 2017, 15:23

Milli aprelin 9-da İnşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda sosial tələblərlə mitinq keçirəcək. 

 

Milli Şura bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a deyib ki, o, Milli Şuranın mitinqində iştirak etməyəcək.

 

““Siyasi partiyalar haqqında” qanuna əsasən hər partiya öz qərarına cavabdehlik daşıyır. Eyni zamanda siyasi partiyaların öz üzvlərinin hüquqlarını məhdudlaşdırmaq ixtiyarı yoxdur.  Buna uyğun olaraq üzvlərimizə həmin aksiyada iştirakı qadağan edə bilmərik. Demokratiya tələb edir ki, qərarı verənlər icra etsin. Kim qərar veribsə, özü iştirak etməlidir. Dəstək verənlər isə özü bilər”

 

Klasssik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu  mitinqdən xəbərsiz olduğunu və iştirak etməyəcəyini deyib.

 

“Hər kəsin mitinqi təşkil etmək və ya orada iştirak haqqı var. Bizim də öz haqqımız var. Təşkilində iştirak etmədiyimiz, xəbərimiz olmayan tədbirdə necə  iştirak edə bilərik? İşləri avand olsun”.

 

Günay Rəsulqızı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı