Modern.az

Ali və orta ixtisas təhsili müəssisələrinə 56200 abituriyent sənəd verib

Ali və orta ixtisas təhsili müəssisələrinə 56200 abituriyent sənəd verib

Aktual

3 Aprel 2017, 15:37

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il aprelin 4-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Saat 14:15-ə olan məlumata əsasən, 14000 nəfər elektron ərizəsini təsdiq edib. Qeyd olunan tarixə qədər elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə  2017-ci il aprelin 10-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Tələbə qəbulu haqqında elan, şəxsi kabinetin yaradılması və istifadə qaydası, elektron ərizə verən abituriyentin təlimatı, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydası, tələb olunan arayış formaları “Abituriyent” jurnalının 2 saylı buraxılışında və dim.gov.az saytında verilib.

 

Namidə BİNGÖL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı