Modern.az

Bakı metrosunda qatar qadını VURDU 

Bakı metrosunda qatar qadını VURDU 

Aktual

4 Aprel 2017, 13:45

Bu gün saat 11:15-də Bakı metrosunda qatar sərnişini vurub.

 

Bu haqda Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, hadisəyə səbəb sərnişinin təhlükəsizlik xəttini keçməsi olub:

 

“Rəfiqə Adıgözəlova “20 Yanvar" metrostansiyasında təhlükəsizlik xəttini keçdiyinə görə qatarın güzgüsü ona dəyib. Xəsarət alan sərnişin təcili tibbi yardımla xəstəxanaya çatdırılıb”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu