Modern.az

Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA

Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA

Aktual

4 Aprel 2017, 13:59

Dünya ölkələrində gec yaşda ana olan qaıdnların sayı artmaqdadır.

 

Modern.az xəbər verir ki, Avropa Statistika Xidmətinin son məlumatlarına görə, Avropa ərazisində ana olmağın orta yaşı 29-a çatıb və bu rəqəm artmaqdadır.


Digər ölkələrdə də qadınların gec yaşda ana olması halları artmaq üzrədir. Modern.az saytı ana olmağn orta yaşı ilə bağlı statistikanı təqdim edir.

 

Avropada ən gənc analar Bolqarıstandadır. Bu ölkədə orta ana olma yaşı 25,7, Rumıniyada 25,8, Latviyada 26,1, Estoniyada 26,5, Polşa və Litvada isə 26,7-dir.

Ən gec ana olanlar siyahısına İtaliya (30,6 yaş), İspaniya (30,4 yaş), Lüksemburq (30,1 yaş) və Yunanıstan (29,9 yaş) yer alıb.

 

Rusiyada həmin göstərici 27,2, ABŞ-da 25,9, Yaponiyada 31,4 yaş təşkil edir.

Azərbaycanda orta ana olma yaşı 25,1-dir. Region ölkələrindən Gürcüstan (26,9 yaş) və Ermənistan (26,2 yaş) bu göstəriciyə görə Azərbaycandan fərqlənir.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Sizə yeni x var
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu