Modern.az

Putinin keçmiş arvadının əri 7 milyonluq villa aldı

Putinin keçmiş arvadının əri 7 milyonluq villa aldı

Aktual

5 Aprel 2017, 17:04

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinanın yeni əri sayılan Artur Oçeretnıy Fransada villa sahibidir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi Oçeretnıyın Fransanın Atlantik okeanı sahilində 6-7 milyon avro dəyərində villaya sahib olduğunu müəyyən edib.

 

Mərkəzin məlumatına görə, villanın sahəsi 450 kvadrat metrdir və 4 yataq, musiqi, bilyard və qonaq otağından ibarətdir. Artur Oçeretnıyın “Ədəbiyyat tədrisi” nəşriyyatının və “Şəxsiyyətlərarası Kommunikasiya Mərkəzi”nin sahibi olduğu bildirilir.

 

Vüqar İSMAYILOV

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı