Modern.az

İŞİD İraq ordusunun helikopterini vurdu

İŞİD İraq ordusunun helikopterini vurdu

Aktual

6 Aprel 2017, 18:13

İŞİD terror təşkilatının silahlıları İraqda hərbi helikopter vurub.

 

Modern.az-ın məlumatına görə, helikopter Mosul üzərində vurulub. Helikopterin iki pilotu hadisə nəticəsində həlak olub.

Məlumata görə, helikopter Mosulun qərb hissəsində terrorçuların mövqelərinə zərbələr endirərkən vurulub.

 

Helikopter quruda İŞİD silahlıları ilə mübarizə aparan İraq ordu qüvvələrinə havadan dəstək göstərirmiş.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!