Modern.az

Bu zərərli vərdiş 1 milyard insanın həyatına son qoyacaq

Bu zərərli vərdiş 1 milyard insanın həyatına son qoyacaq

Aktual

6 Aprel 2017, 21:39

Dünyada siqaret çəkənlərin sayı 1 milyarda çatıb. Modern.az xəbər verir ki, Lancet jurnalının araşdırmasına görə bu gün dünyada hər 4-cü kişi və hər 20-ci qadın nikotin asılılığından əziyyət çəkir.

 

Alimlərin hesablamalarına görə, bu gün dünyada 933 milyon insan siqaret asılılığından əziyyət çəkir. Zəif inkişaf etmiş ölkələrin hesabına siqaret çəkənlərin sayının 1 milyardı keçəcəyi gözlənilir. Bu tendensiya davam edərsə, XXI yüzillikdə siqaret və digət tütün məmulatları 1 milyard insanın ölümünə səbəb olacaq.

 

Bu zərərli vərdişdən ən çox əziyyət çəkənlər Çin, Hindistan və İndoneziyada yaşayır. Bu ölkələrdə 400 milyon kişi müntəzəm olaraq siqaretdən istifadə edir. Ən çox siqaret çəkən qadınlar isə ABŞ, Çin və Hindistanın payına düşür. Bu ölkələrdə 13-17 milyon qadının tütün asılılığı var.

Ümumi faiz nisbətində isə ən çox siqaret çəkən ölkələr arasında Kiribati, İndoneziya, Laos, Marian adaları və Ermənistan yer alıb. Bu ölkələrdə kişilərin yarıya qədəri tütün aludəçisidir. Qadınlar arasında isə bu reytinqdə ilk pillələrə Qrenlandiya (44%), Bolqaristan, Yunanıstan. Qaradağ, Xorvatiya və Makedoniya (29-24%) daxildir.

Siqaretin ən çox can aldığı ölkələrə Çin. Hindistan, ABŞ və İndoneziyad daxildir. Hər il bu ölkələrdə 200-800 min arasında insan ölür. Rekord isə 1,8 milyon ölümlə Çinə məxsusdur.

 

Siqaretə qarşı mübarizə fondunun rəhbəri Metyu Mayers az və orta gəlirli ölkələrdə bu problemin genişləndiyini deyir. Onun fikrincə, 2030-cu ildə siqaretlə bağlı ölüm hallarının 80%-i bu ölkələrin payına düşəcək.

 

Vüqar İSMAYILOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı