Modern.az

Paytaxt sakini liftin şaxtasına düşüb öldü

Paytaxt sakini liftin şaxtasına düşüb öldü

Aktual

8 Aprel 2017, 21:14

Bakı sakini faciəvi şəkildə ölüb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı