Bu gün axşam saatlarında Salyan rayonunun Noxudlu kənd sakini, 1996-cı ildə anadan olmuş Cahangirova Gülmira Qəhrəman qızı komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, həkimlər aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu qoyublar.
Kənd sakinlərinin saytımıza verdikləri məlumata görə, qızın ailəsi son 10 ildə dalbadal faciələr yaşayıb. Belə ki, 2 il əvvəl qızın atası Qəhrəman Cahangirov ağır xəstəlikdən dünyasını dəyişib. Əvvəllər isə onların evləri ilə birgə 4 yaşlı qardaşı da yanaraq ölübmüş. Daha əvvəllər qızın azyaşlı qardaşı su kanalına düşərək boğulubmuş. Ailənin başına gəlmiş faciələrdən qızın psixoloji sarsıntı keçirdiyi də deyilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
Modern.az