Modern.az

Qanunsuz miqrasiya təşkil edənlərin cəzası ağırlaşdırılır

Qanunsuz miqrasiya təşkil edənlərin cəzası ağırlaşdırılır

Aktual

24 Aprel 2017, 16:43

Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur.

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur. 

Hazırda qanunvericiliyə görə bu məbləğ 2 min manatdan 5 min manatadəkdir.

 

Dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı