Rusiyanın Dağıstan respublikasının Çumadin rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən insident olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə 8-ci sinif şagirdlərindən birinin kompüter otağına qumbara gətirməsinə görə baş verib.
Baş verən partlayışda 8-ci sinif şagirdi ölüb, onun 11 sinif yoldaşı isə yaralanıb. Yaralananlardan 3-nün vəziyyəti ağırdır.
Hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi bildirilir. Hazırda o, polis nəzarətindədir.
Vüqar İSMAYILOV