Modern.az

Bakıdakı şadlıq sarayında HADİSƏ: Qonağın əli-qolu qana bulaşdı

Bakıdakı şadlıq sarayında HADİSƏ: Qonağın əli-qolu qana bulaşdı

Aktual

27 Aprel 2017, 11:09

Aprelin 26-da Nizami rayonunda fəaliyyət göstərən "Şəlalə" şadlıq sarayında qonaqlar arasında dava düşüb.

Məsələ ilə bağlı “Şəlalə” şadlıq sarayının “Avropa “ zalının rəhbəri Polad Yaqubov Moder.az-a açıqlama verib.

O qeyd edib ki, dava toya gələn qonaqlar arasında baş verib:

“Tot öz axarında gedirdi. Birdən iki nəfər arasında mübahisə yarandı. Mübahisə zamanı Şərif Mustafayev adlı şəxs sarayın qapısına çırpıldı. Əli-qolu kəsilib. Ciddi xəsarət almayıb. Onsuz da toyun sonu idi. Hadisədən sonra toy bitdi”.

 

P.Yaqubov hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatlı olmadığını bildirib.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı