Modern.az

Gəncədə qatar 58 yaşlı kişinin üstündən keçdi - VİDEO  

Gəncədə qatar 58 yaşlı kişinin üstündən keçdi - VİDEO   

Aktual

27 Aprel 2017, 12:50

Dünən saat 17:00 radələrində Gəncə Dəmiryol Stansiyasının ərazisində bədbəxt hadisə yaşanıb.

 

Modern.az ARB-yə istinadən xəbər verir ki, 58 yaşlı Şahin Məmmədov dəmiryol xəttini nəzərdə tutulmayan yerdən keçmək istəyərkən onu hərəkətdə olan qatar vurub.

Qatar Gəncə-Alabaşlı istiqaməti üzrə hərəkət edirmiş. Yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılıb.

İlkin məlumata görə, hadisə nəticəsində Şahin Məmmədov bir qolunu itirib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının müayinə və müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı