Modern.az

İsveçin ən böyük şiə məscidi yandırıldı

İsveçin ən böyük şiə məscidi yandırıldı

Aktual

1 May 2017, 12:16

İsveçin Stoqholm şəhərinin Yerfelle şəhərində yerləşən İmam Əli Məscidi yanaraq külə dönüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi ehtimal olunur.

 

“Ehtimal olunur ki, yanğın kənardan törədilib”  - deyə Stoqholm polisinin rəsmisi Lars Bistrem deyib.

 

Yanğın hadisəsi zamanı məscidin kitabxanası da külə dönüb. Ümumilkdə, kompleksin böyük hissəsi istifadəyə yararsız hala gəlib.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!