Modern.az

"Ovçular evi" ərazisində ağac əkilir

"Ovçular evi" ərazisində ağac əkilir

Aktual

2 May 2017, 23:17

Yasamal rayonuda "Ovçular evi" ərazisində ağac əkilməsinə başlanılıb. Modern.az xəbər verir ki, sakinlərin məlumatına görə, artıq ərazidə bir neçə şam ağacı əkilib.

Qeyd edək ki, "ovçular evi " ərazisindəki ağaclar aprel ayının 13-də çıxılmışdı. Araşdırmalar nəticəsində məlum oldu ki, ərazidə çoxmənzilli yaşayış evinin tikintisi planlaşdırılır . Sökülən ərazidə "Böyük Plaza" yaşayış və ticarət mərkəzini inşa etmək niyyətində olan isə "A-3 Sənaye Tikinti Korporasiyası" MMC olub. Daha sonra yol verdiyi özbaşınalıqlara görə MMC sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qəti imkan tədbiri seçildi. Bir neçə gün əvvəl Yasamal rayon İcra Hakimiyyəti "Ovçular evi" nin yerində Mədəniyyət və İstirahət Parkının salınacağını bildirmişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...