Modern.az

Futbol üzrə final oyununda kütləvi dava - VİDEO

Futbol üzrə final oyununda kütləvi dava - VİDEO

Aktual

2 May 2017, 23:41

Rusiyanın "Lokomotiv" və "Ural" futbolçuları ölkə Kubokunun final oyununun bitməsinə az qalmış stadionda dava salıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, oyunun 93-cü dəqiqəsində "Ural"ın cərimə meydançası yaxınlığında Yekaterinburq komandasının müdafiəçisi Artyom Fidler və "Lokomotiv"in braziliyalı hücumçusu Ari arasında mübahisə yaranıb. Daha sonra digər oyunçular da onlara qoşulub.

Son dəqiqələrdə hakim Ari Farfan və Fernandeş ("Lokomotiv"), həmçinin Fidler və Manuçaryana ("Ural") qırmızı vərəqə göstərib.

"Lokomotiv" 2016/17-ci illər mövsümündə Rusiya Kubokunun sahibi olub. Xatırladaq ki, komandanın baş məşqçisi bir vaxtlar “Qəbələ”yə rəhbərlik etmiş Yuri Syomindir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı