Modern.az

Türkiyədə 2019-cu ilə qədər seçki keçirilməyəcək

Türkiyədə 2019-cu ilə qədər seçki keçirilməyəcək

Aktual

7 May 2017, 00:39

“2019-cu ilə qədər seçki keçirilməyəcək. 2019-cu ildən sonra da 5 ildən bir seçki keçiriləcək”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir qeyd edib ki, sadəcə bir il seçki ilə məşğul olacaqlar: “Qalan 4 ildə fəaliyyət planına baxacağıq. Ölkəmizi daha irəli aparmaq üçün hamımız birlikdə çalışacağıq”.

 

Qeyd edək ki, 16 aprel referendumundan sonra qardaş ölkənin müxtəlif siyasi dairələrində növbədən kənar seçkilərin keçiriləcəyi ilə bağlı iddialar səsləndirilirdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı