Modern.az

Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi – FOTO

Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi – FOTO

Aktual

22 May 2017, 09:33

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, deputat Cavanşir Paşazadə və Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin sədri İlham Qurbanov, Qarabağ əlillərindən Saleh Dostiyev və İlkin Hüseynov, Lənkəranda şəhid zabit İqbal Əhmədovun ata evində olublar.

 

Modern.az xəbər verir ki, Aşağı- Nüvədi qəsəbəsində yaşayan şəhid ailəsi  qonaqları qarşılayıb, evin bağçasında təşkil olunmuş çay süfrəsinə dəvət ediblər.

 

Görüşdə Hadı Rəcəbli  ailənin maddi və sosial durumu ilə maraqlanıb, şəhidin 12 yaşlı oğluna məsləhət və nəsihətlərini verib, şəhidin həyat yoldaşının əlillik işinin sənədləşməsi ilə əlaqədar lazımı təşkilatlara müraciət edib problemi yerindəcə həll edib.

 

Ailənin ağsaqqalı, şəhidin qaynatası Səadət kişi həmişə onlarla maraqlanıb qayğılarına qaldıqları üçün Hadı Rəcəbliyə öz təşəkkürünü bildirib.

 

Hadı Rəcəbli  ailəyə maddi yardım göstərib və xatirə şəkli çəkdirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı