Modern.az

İslam Oyunlarının bağlanışına görə iş rejimində dəyişiklik

İslam Oyunlarının bağlanışına görə iş rejimində dəyişiklik

Aktual

22 May 2017, 09:48

Bu gün Azərbaycanda  keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssiələrdə iş saatlarında dəyişiklik edilib.

 

Modern.az-a daxil olan məlumata görə, Oyunların bağlanış mərasimi ilə əlaqədar bir çox dövlət və özəl müəssisələrdə iş vaxtı günün I yarısına qədər davam edəcək.

 

Qeyd edək ki, İslam Oyunalarının açılış mərasimi ilə bağlı 2017-ci il mayın 1-dən iyunun 1-dək Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-a qədər davam edir. İyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində -09:00-dan 18-00-dək çalışacaqlar.

 

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı