Modern.az

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Aktual

22 May 2017, 11:13

Deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib. O, Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanmasının vacibliyini vurğulayıb.

“Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram”. 

Deputat bildirib ki, bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.

Məsələ ilə bağlı Modern.az-ın Təhsil Nazirliyinə ünvanladığı suala  belə cavab verilib.

“Dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də sona çatması məsələsi gündəmdə deyil. Ona görə də məsələyə konkret cavab verə bilmərik”.

Xatırladaq ki,  hazırda Azərbaycanda dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda yekunlaşır.

 

Namidə BİNGÖL

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı