Modern.az

Türkiyədə yeni TERROR aktının qarşısı alındı

 Türkiyədə yeni TERROR aktının qarşısı alındı

Aktual

22 May 2017, 11:37

Ötən gün Ankarada zərərsizləşdirilmiş iki İŞİD döyüşçüsünün terror aktı hazırlaması məlum olub. Trend-in məlumatına görə, belə bir açıqlama ilə Ankaranın qubernatoru çıxış edib.

 

Ankara qubernatorunun sözlərinə görə, terror aktı Türkiyənin hakim partiyasının qurultayı zamanı planlaşdırılıbmış.

Qeyd edək ki, ötən gün hüquq-mühafizə orqanlarının paytaxtda keçirdikləri əməliyyat nəticəsində iki İŞİD üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı baş verən atışmada polisə müqavimət göstərən iki şəxs məhv edilib.

 

Hadisə yerində, evə baxış keçirilərkən orada silah və partlayıcı qurğu aşkar edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı