Modern.az

İŞİD Mançesterdəki terroru qisas məqsədi ikə törədib

İŞİD Mançesterdəki terroru qisas məqsədi ikə törədib

Aktual

23 May 2017, 20:29

İŞİD  qruplaşması Mançesterdəki terror aktını “müsəlman torpaqları”na hücuma görə qisas adlandırıb. Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri ekstremistlərin “Amaq” agentliyi vasitəsi ilə yaydığı bəyanata istinadən məlumat verib.

Bəyanatda bildirilib ki, xilafətin bir döyüşçüsü Mançesterdə səlibçilərin toplaşdığı yerdə partlayıcı qurğunu işə salmağa müvəffəq olub.

Terrorçular hücumun əvvəlcədən planlaşdırıldiğını da qeyd edib.

Qeyd edək ki, terror aktı nəticəsində 22 nəfər ölüb, daha 59 nəfər isə yaralanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!