Modern.az

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

Aktual

24 May 2017, 18:32

Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

 

 Modern.az-ın məlumatına görə, hadisə nəticəsində azı 31 miqrant həlak olub.

Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib.

 

Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

 

Qeyd edək ki, bu əməliyyatla yanaşı hazırda Aralıq dənizində ümumilikdə 1700 miqrantın xilas olunması istiqamətində 15 digər əməliyyat da aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!