Modern.az

Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində olub

Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində olub

Aktual

7 İyun 2017, 18:09

İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

 


Modern.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.

 


Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.

 

Modern.az

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı