Modern.az

Ərdoğanla İranın XİN rəhbəri bağlı qapılar arxasında görüşdü

Ərdoğanla İranın XİN rəhbəri bağlı qapılar arxasında görüşdü

Aktual

7 İyun 2017, 20:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında 55 dəqiqə davam edib.

Görüşdə eyni zamanda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da iştirak edib. İranın XİN rəhbəri türkiyəli həmkarı ilə Qətər böhranını və digər regional məsələləri də müzakirə edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı